AYNA ucuz avtomobillərinə hərracda alıcı tapdı – QİYMƏTLƏR - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhərində 13 may 2025-ci il tarixində keçirilmiş hərracda müxtəlif dövlət qurumlarına aid 68 nəqliyyat vasitəsi özəlləşdirilib.
Avtosfer.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında minik avtomobilləri, avtobuslar və yük maşınları yer alıb. Hərracda iştirak edən nəqliyyat vasitələrinin buraxılış illəri 2007-ci ildən 2013-cü ilə qədər dəyişib. İlkin satış qiymətləri isə 3,600 manat ilə 19,000 manat arasında müəyyən edilib. Nəticədə, satışa çıxarılan nəqliyyat vasitələrinin qiymətləri arasında müəyyən fərqlər müşahidə olunub. Ümumilikdə, hərracda satışa çıxarılan avtomobillər 850 manat ilə 20,000 manat arasında dəyişən qiymətlərlə satılıb.
Ən ucuz avtomobillər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansında olan avtomoibllər olub. 62 avtomobil üçün yekun satış qiyməti 52736.5 manat təşkil edib. Bir vtombilin qiyməti təqribi 851 manat təşkil edib.
İlkin satış qiyməti ilə yekun satış qiyməti arasındakı fərqin ən böyük olduğu nəqliyyat vasitəsi isə 2007-ci il buraxılışlı Otoyol E-2714S avtobusu olub. Hərracda ən yüksək qiymətə alıcı tapan nəqliyyat vasitəsi də məhz sözügedən avtobusdur. Onun ilkin satış qiyməti 18,200 manat olaraq təyin edilmişdi, lakin yekun satış qiyməti 20,000 manat olaraq müəyyənləşib. Bu, 1,800 manatlıq bir artım deməkdir.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq mümkündür.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











