Azərbaycan elektromobilləşir - Maşın yağları bazarı çökə bilər - VİDEO

Hər keçən il Azərbaycanda elektromobillərə maraq artır.
Daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə, bu avtomobillər ekaloji təmiz, qənaəti yüksəkdir.
2022-ci ilin ilk 5 ayında Azərbaycana 3 milyon 745 min dollar dəyərində 130 ədəd elektromobil idxal edilmişdisə, 2023-cü ilin ilk 5 ayında 34 milyon 383 min dollar dəyərində 812 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu il idxal edilən elektromobillərin sayı ötən illə müqayisədə 6 dəfədən çox artıb.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, idxalın artımına səbəb olan amillərdən biri də bu növ nəqliyyat vasitələrinə güzəştin tətbiq edilməsidir.
Ekspert deyir ki, dillerlər yerli bazarı öyrənib, daha çox hansı markalı elektomobilə maraq varsa onu daha çox idxal edirlər.
"Sürücülər də elektrikli avtomobillərin sərfəli olduğunu deyirlər."
Onlar ən çox da bu tip nəqliyyat vasitələrinin yanacaq və yağla işləməməsini əsas göstərirlər.
Qeyd edək ki, ölkəmizdə elektrikli avtomobillərə maraq çox olsa da onların elektrik doldurma məntəqələri azdır. Bu da təbii ki, müəyyən qədər problemlərə gətirib çıxarır.
Elməddin Muradlı deyir ki, elektrik avtomobillərə maraq artırsa köhnə maşınların qiymətində hələ enmə müşahidə edilməyəcək. Təxminən 5-10 il ərzində kütləvi hal aldıqdan sonra ili köhnə olan avtomobillərin qiyməti düşə bilər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










