Azərbaycana ən çox avtomobil bu ölkədən idxal edilib

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 62,1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd avtomobil ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.
Qeyd olunub ki, idxal edilən avtomobillərin dəyəri əvvəlki illə müqayisədə 53% çoxdur.
Hesabata görə, yanvar-fevral ayları ərzində Azərbaycana ixrac edilmiş avtomobillərin orta qiyməti (OQ) 12,9 min dollar təşkil edib.
Yanvar-fevral ayları ərzində Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub.
Hesabata əsasən, yanvar-fevral ayları ərzində Gürcüstan Qazaxstana 51,5 milyon dollar dəyərində 2 589 ədəd (OQ -19,9 min dollar), Ermənistana 50,2 milyon dollar dəyərində 2 834 ədəd (OQ - 17,7 min dollar), Qırğızıstana 43,2 mmilyon dollar dəyərində 1 338 ədəd (OQ - 32,3 min dollar), Rusiyaya 13,5 milyon dollar dəyərində 978 ədəd (OQ - 13,8 min dollaar) avtomobil ixrac edib. (apa)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










