Azərbaycanda 11 dövlət avtomobili ucuz qiymətə satıldı – SİYAHI, QİYMƏTLƏR

Avtobazar 31 Avqust 2022 19:29 Oxunub 1798
Azərbaycanda 11 dövlət avtomobili ucuz qiymətə satıldı – SİYAHI, QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Xidmətinin avqustun 30-da keçirdiyi hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib və bəzi nəqliyyat vasitələri üzrə rəqabət qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, ilkin satış qiyməti 1800 manat olan “UAZ” markalı avtomobilə ən son təklif 4490 manatadək yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 2000 manata olan “VAZ-2106” markalı maşın 3680 manata özəlləşdirilib.

Digər avtomobillər ilkin qiymətə satılıb. Sentyabr ayı üzrə növbəti hərraclar sentyabrın 6, 13 və 27-də keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bakı şəhəri üzrə 30 avqust 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitələrinin markası

Buraxılış ili

Hərraca çıxarılan  ilkin satış qiyməti (manat)

Hərracda yekun satış qiyməti (manat)

1

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi

UAZ 3741-01 Yük LPS-5

1989

1350

1350

2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı avtosahə

QAZEL-33023-18

2007

3150

3150

3

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sabirabad Regional şöbəsi

UAZ-31519-037

2006

1800

4490

4

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

Vaz-2106

2002

2000

3680

5

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

UAZ minik

2005

2000

2000

6

Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi Şəxsi

UAZ 396202-016 tibbi yardım xüsusi

2006

1700

1700

7

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC

ZİL-130 yük xüsusi təyinatlı

1981

1000

1000

8

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC

ZİL-130 yük xüsusi təlim

1983

1000

1000

9

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC

QAZ-53-12 yük xüsusi təlim

1986

1000

1000

10

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC

ZİL-130 xüsusi təlim

1984

1000

1000

11

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC

QAZ-53-1216 təlim

1986

1000

1000

ŞƏRH YAZ
Ad

E-mail

Şərh