Azərbaycanda avtomobil benzini istehsalı 15% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 mln. manat təşkil edib.
Avtosfer.az-ın məlumatına görə “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3% artıb.
Ayrı-ayrı neft məhsullarının istehsalına gəlincə, bu ilin yanvar-fevral aylarında 230 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 15,1% çoxdur.
Eyni zamanda, ilin iki ayı ərzində 371,8 min ton dizel yanacağı, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu istehsal edilib.
Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, dizel yanacağının istehsalı 9,5% artıb.
Hesabat dövründə 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 39,5 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 17,9%, ağ neftin istehsalı 3,3%, neft koksunun istehsalı 1,2% azalıb.
Gültən
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










