Azərbaycanda avtomobillər BAHALAŞDI

Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% qiymət artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb: "Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər". Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur. “Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir. E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir: “Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətinin artması gözlənilmir".(Trend)
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










