Azərbaycanda avtomobillərin qiyməti bahalaşdı

Ötən ay avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 30 min manatadək olan avtomobillərin qiyməti oktyabr ayında 4.7 faiz artıb.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində ay ərzində 1.2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% artıb.
Ölkəyə gətirilən avtomobillərin 89 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 67 453 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 062 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 279 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. (Day.az)
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










