Azərbaycanda bir milyardlıq ixtira - YENİ NƏQLİYYAT VASİTƏSİ

“Bizim Yol” qəzetinin internet saytında marqlı reklam materialı yerləşdirilib. Həmin reklamın mətnində bildirilir ki, yeni veloelektromobil nəqliyyat vasitəsi ixtira edilib. Həmin ixtiranın və ideyanın müəllifi isə bu kəşfinin patentini satılır. İxtiraya 1 000 000 000 (bir milyard) dollar qiymət qoyulub. Saytda ixtiraçı haqda heç bir məlumat yoxdur, sadəcə telefon nömrəsi təqdim olunub.
Bir milyardlıq ixtiranın müəllifi ilə “Qafqazinfo” əlaqə saxlayıb. Qeyd edək ki, ixtiranın müəlllifi 1950- ci il təvəllüdlü Hacıyev Rəsman Məmmədhüseyn oğludur. O, Bakının Köhnə Günəşli qəsəbəsində yaşayır. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Hacıyev bildirib ki, indiyə kimi 4-5 ixtiranın müəllifi olub: ”Sonuncu ixtiram veloelektromobildir. Hazırda bütün dünya benzinlə işləyən avtomobildən azad olmaq istəyir. Elektromobil sistemə keçir. Belə avtomobillər batereya ilə işləyir. Mənfi cəhəti ondan ibarətdir ki, batereya boşaldıqda onun dolması üçün yarım saat vaxt tələb olunur. Mən bu ixtira ilə bağlı Almaniyanın “Mercedec Benz” şirkətinə müraciət etmişəm.
Qeyd edim ki, məndə olan patent Rusiyanın Elmi Tətqiqat İnstitutu tərəfindən qəbul olunub. Həmin patent də MDB ölkələrində qəbul olunur. Almaniya isə Avropa ölkəsi olduğu üçün bunu qəbul etməkdə problem yaranıb. Mənim yenidən patent almağım üçün isə çoxlu vəsait tələb olunur”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur














