Azərbaycanda bu avtomobillər BAHALAŞDI

Ötən ay avtomobil bazarında durğunluq olmasına baxmayaraq, qiymət artımı davam edib.
Avtosfer.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) avtomobil bazarında keçirdiyi monitorinqə əsasən, bahalaşma əsasən 30 min manatadək olan avtomobillərin qiymətində qeydə alınıb.
Belə ki, iyul ayında həmin avtomobillərin qiymətində 2.8% artım qeydə alınıb.
Bundan daha bahalı və Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə isə tələbin azalması müşahidə olunub. Tələbin azalmasına baxmayaraq, bu avtomobillərin də qiymətində 1.2% artım qeydə alınıb.
Qeyd edək ki, bu il ərzində Azərbaycana avtomobil idxalı artıb. Belə ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48373 ədəd avtomobil idxal olunub.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.5% və ya 13200 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil idxal edilib. (Trend)
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










