Banner

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşacaq - SƏBƏB BUDUR

Avtobazar 19 Aprel 2024 16:53 Oxunub 816
 Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşacaq - SƏBƏB BUDUR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb. 

Belə ki, 2023-cü ilin yanvar-mart aylarında 315 milyon dollar dəyərində 20 799 ədəd avtomobil Azərbaycana gətirilib. Ölkəyə gətirilən avtomobillərin 17 610 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Azərbaycana idxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min dollara yaxın olub. 2023-cü ilin ilk 3 ayında isə bu rəqəm 14.4 min dollar idi. 

Bəs görəsən idxal olunan avtomobillərin qiymətlərində olan artımın səbəbi nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, bahalaşmanın başlıca səbəbləri ölkəyə idxal edilən avtomobillərin yaşına görə tətbiq olunan məhdudiyyətdir:

“Məlum olduğu kimi, keçən illə müqayisədə bu il Azərbaycana daxil olan avtomobillərin idxalında azalma baş vermişdi. Eyni zamanda kəskin sürətdə qiymət artımı müşahidə olundu. Bunun bir çox səbəbləri var. Birinci növbədə dövlətin qoyduğu müəyyən tənzimləyici qanunvericilik mövcuddur və bu qanunvericiliyə əsasən, buraxılış tarixi 10 ildən köhnə olan avtomobillərin ölkəyə girişi artıq qadağan olunub. Yəni 2015-ci ildən öncə istehsal olunan avtomobillərin ölkəyə gətirilməsi mümkün deyil. Bundan əlavə artıq yeni, ucuz və elektrik mühərrikli maşınların Azərbaycana gətirilməsi daha aktualdır, çünki bu növ avtomobillər gömrük rüsumundan azad edilib. Bu özlüyündə əsas yaradır ki, insanların tələbatı elektromobillərə olsun”. 

Ekspert elektromobillərlə bağlı tətbiq ediləcək yeni qaydaların qiymətlərə müsbət təsir edəcəyini qeyd edib: 

“Buna görə artıq elektrik mühərrikli maşınların ölkəyə daxil olması, qiymətlər və tələbat baxımından daha baha başa gəlir. Ölkə başçısının keçən ay verdiyi müvafiq qərara əsasən, bir neçə il ərzində artıq elektromobillərin şarj stansiyalarının açılması və bununla bağlı ölkə daxilində tənzimləyici sistemlərin qurulması təmin edildikdən sonra, elektromobillər daha çox arzuolunan olacaq. Qlobal proseslər də məhz bu istiqamətdə davam etdiyi üçün istehsal da kütləviləşəcək və qiymətlər də ucuzlaşacaq”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh