Azərbaycanda ən çox bu avtomobilləri satın alırlar - TAM SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 170 min 672 ədəd olub.
Avtosfer.az xəbər verir ki. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 2% və ya 23 min 235 ədəd artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. Ölkədə 400 min 508 ədəd VAZ markalı avtomobil qeydiyyatdadır. Son bir ildə qeydiyyatda olan VAZ markalı avtomobillərin sayı 447 ədəd azalıb. Azalma ən çox VAZ-ın "2101", "03" və "06" modellərində qeydə alınıb.
VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Azərbaycanda 199 min 16 ədəd "Mersedes"in olduğu bildirilir. Son bir ildə "Mersedes"lərin sayı 3 min 648 ədəd artıb.
Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə 68 min 179 ədədlə "Hyundai", 50 min 797 ədədlə "Toyota", 44 min 373 ədəd "Opel", 34 min 186 ədədlə KİA, 33 min 245 ədədlə "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" markalı avtomobil olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" markalı avtomobil var. Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 16 ədəd "Oldsmobil", 22 ədəd "Asiya", 23 ədəd "Talbot", 29 ədəd "Datsun", 58 ədəd "Saab", 85 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.
Son 2 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub:
| Avtomobilin markası | 2017-ci il | 2018-ci il |
| "Mersedes" | 195 368 | 199 016 |
| VAZ "2101", "03", "06" | 200 216 | 199 776 |
| VAZ "2105", "2107" | 126 812 | 126 749 |
| "Moskviç" | 25 349 | 25 292 |
| "QAZ-24" | 26 582 | 26 444 |
| "QAZ-3102" | 21 225 | 21 074 |
| BMW | 25 442 | 26 167 |
| "Opel" | 43 003 | 44 037 |
| "Volksvagen" | 20 571 | 21 418 |
| "Audi" | 4 627 | 4 940 |
| "Ford" | 8 968 | 9 897 |
| "Chevralet" | 14 895 | 15 972 |
| "Reno" | 4 933 | 7 483 |
| "Toyota" | 48 442 | 50 797 |
| "Mazda" | 3 850 | 4 033 |
| "Nissan" | 32 824 | 33 245 |
| "Mitsubishi" | 21 440 | 21 554 |
| "Honda" | 5 472 | 5 596 |
| "Fiat" | 4 431 | 4 609 |
| "Daewoo" | 10 791 | 10 770 |
| KİA | 32 004 | 34 186 |
| "Tofaş" | 6 256 | 6 233 |
| "Hyundai" | 63 511 | 68 179 |
| LANDROVER | 5 687 | 6 048 |
| "İnfiniti" | 1 777 | 1 796 |
| "Lexus" | 9 263 | 9 724 |
| "Azsamand" | 3 387 | 3 451 |
| "Porsche" | 1 808 | 1 899 |
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











