Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub

2023-ci ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1520 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilk yarısında bu rəqəm 767 ədəd təşkil edib.
2023-cü ilin ilk yarısında Yaponiya markası “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 424 ədəd.
Siyahıda ikinci olan BMW-nin satışları 2,8 dəfə artaraq 381 ədədə yüksəlib. “Mercedes” isə bu ilin altı ayında 322 ədəd satışla bazar üzrə üçüncü (21.2% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 68% artıb.
Bu dövrdə “Land Rover”in satışları 2,3 dəfə artaraq 211-ə, “Audi”nin satışları 16,3% artaraq 114-ə, “Porsche”nin satışları isə 13,3% artaraq 68 ədədə çatıb.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











