Azərbaycanda ən “prestij”li avtomobillər – STATİSTİKA

Azərbaycanlılar həmişə prestij və dəbdəbə həvəskarı olublar. Hətta onlar müxtəlif vaxtlarda özlərinin ən bahalı əşyaları belə nümayiş etdirməkdən çəkinməyiblər. Nisbətən aşağı təbəqənin sakinləri bahalı telefonlarını nümayiş etdirirsə, bir qədər yüksək təbəqəyə məxsus vəzifəlilər və onların övladları qiyməti milyonlarla ölçülən avtomobilləri ilə gündəmə gəliblər. Hətta onların arasında dünyada xüsusi sifarişlə istehsal olunan avtomobilə sahib olanlar da az deyil.
AzNews.az Azərbaycanda ən çox sürülən avtomobil markalarının statistikasını əldə edib. Dövlət Statistika Komitəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 1 048 806 ədəd minik avtomobili qeydə alınıb.
Onlar arasında 19,2%-lə “VAZ” markalı avtomobillər üstünlük təşkil edir. Vaxtilə prestij hesab olunan “VAZ” avtomobilləri indi də öz üstünlüyünü qoruyub. Çünki ölkədə nə az , nə çox 201840 ədəd “VAZ” avtomobili var.
Brend marka sayılan “Mercedes”lər 16,9%-ni təşkil edir. Belə ki, respublika ərazisində 46629 ədəd “Mercedes” avtomobili var.
«QAZ» markalı maşınlar isə azərbaycanlıların üstünlük verdiyi markalar arasında üçüncü yerdə qərarlaşıb. Sözügedən marka avtomobil sayı ölkə üzrə 23620 ədəd təşkil edib.
13735 nəfər isə «Opel»-ə üstünlük verir. Bu maşınların sayı da 1,3 % -dir.
Ən son yeri isə «Hyundai» markalı avtomobillər tutur. Bu markaya müraciət edənlərin sayı 1%-dir. Ölkədə «Hyundai» markası ilə 10707 ədəd avtomobil görmək olar.
Bu ilin nəticələrinə görə, ölkədə daha çox “VAZ”, “QAZ”, “Toyota”, “Land Rovers” və “Porsche” markalı avtomobillər üstünlük təşkil edib. Belə ki, 2014-cü ilin ilk aylarında ölkədə 126723 ədəd “VAZ-2107”, 49165 ədəd “QAZ”, 39964 ədəd “Toyota”, 3815 ədəd “Land Rover”, 1231 ədəd “Porsche” markalı avtomobil qeydə alınıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















