Azərbaycanda lüks avtomobillərin satışı artıb - FOTO

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
Apa-nın avtomobil bazarından əldə etdiyi məlumata görə, 6 marka üzrə satışların ümumi sayı 1442 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur. "Mercedes” bu ilin doqquz ayında 391 ədəd satışla bazar üzrə liderliyini (27,1% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 10,3% azalıb.
Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (364 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 77%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 10,4% azalaraq 259 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin doqquz ayında Azərbaycanda 289 avtomobil sata bilmişdi.
Bu dövrdə “Audi”nin satışları 52% artaraq 187-ə, “Land Rover”in satışları 38,5% artaraq 162-yə, “Porsche”nin satışları isə 9,7% artaraq 79 ədədə çatıb.
Avtomobil şirkətləri bildirirlər ki, satışlarda yaranan ümumi artım tempi pandemiyadan sonra həyatın öz axarına qayıtması ilə bağlıdır. Bundan əlavə Rusiya və Ukrayna arasında yaranan münaqişə ilə bağlı hər iki ölkədə yaşayan azərbaycanlıların bir hissəsi ölkəyə qayıdır və vəsaitlərini burada xərcləyir, o cümlədən avtomobil alırlar.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir










