Azərbaycanda maşınlar bahalaşacaq? - Ekspert aydınlıq gətirdi

Baş nazirin istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana girişinin qadağan edilməsi ilə bağlı qərarından sonra bahalaşma ilə bağlı iddialar yayılıb.
Əksəriyyətin fikrincə, bu qərarın qüvvəyə mindiyi vaxtdan etibarən gəlişi qadağan edilən maşınlar kəskin bahalaşacaq. Bu avtomobillərə isə xüsusən, “Toyota Corolla”, “Kia Rio”, “Opel” və s marka daxildir. Məhz bahalaşma qorxusu ilə onlarla alıcı qərar qüvvəyə minənə qədər özünə avtomobil almaq istəyir.
Bəs görək, iddialar nə dərəcədə doğrudur? Həqiqətən də bir müddət sonra Azərbaycanın avtomobil bazarında kəskin bahalaşmanın şahidi olacağıq?
Məsələ ilə bağlı Lent.az-a danışan avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirli bildirib ki, yayılan fikirlər hamısı şayiədir və bahalaşmaya hələlik heç bir səbəb yoxdur:
“Bahalaşma qərar qüvvəyə minənə qədər olacaq. Daha sonra bir müddət bazarda durğunluq yaşanacaq. Alıcılıq qüvvəsi aşağı enəcək. Tələbat azaldığı üçün təklif qiymətinin artmasının mənası yoxdur. Ən əsasın bu bir ayda ölkəyə çoxlu sayda Koreya və Yaponiyadan 10-15 min manat dəyərində olan avtomobillər gətirilir. Nəzərə alaq ki, həmin avtomobillərdən ölkədə kifayət qədərdir. Qiymət artımları şayiədir, bahalaşmaya səbəb yoxdur. Bahalaşmaya yalnız gömrük qiymətlərinin artması səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, növbəti aylarda elektromobillərə tələbat daha çox olacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










