Azərbaycanda mayda avtomobil istehsalı 45% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 653 minik avtomobili istehsal olunub.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azdır. Təkcə may ayında 145 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 45% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 142-yə bərabərdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam etmişdir. Daha sonra traktor istehsalı bu ilin fevralında yenidən bərpa olunub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










