Azərbaycanda minik avtomobili istehsalı azalıb - RƏQƏMLƏR

2025-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 450,4 milyon manatlıq məhsul istehsal olunub.
Avtosfer.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 111,9 milyon manat və ya 19,9 faiz azdır (ötən il bu rəqəm 562,3 milyon manat idi).
Belə ki, maşın və avadanlıqların istehsalı 6,5 faiz artıb, halbuki 2024-cü ilin eyni dövründə bu istiqamətdə 40,1 faiz azalma qeydə alınmışdı. Əksinə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2025-ci ilin yanvar-sentyabr aylarında 24,9 faiz azalıb, halbuki 2024-cü ildə bu məhsul qrupunda 53,4 faiz artım qeydə alınmışdı. Beləliklə, avtomobil istehsalı sahəsində 2025-ci ildə nəzərəçarpan geriləmə baş verib.
Bu ilin ilk doqquz ayında 2 546 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 077 ədəd azdır (2024-cü ildə – 3 623 ədəd). Bu isə təxminən 29,7 faiz azalma deməkdir.
Sektorda bəzi məhsul növləri üzrə artım da müşahidə olunur. Məsələn, nasosların istehsalı 74,2 faiz artıb, 2024-cü ildə isə traktor istehsalında 14,8 faiz azalma qeydə alınmışdı.
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI










