Azərbaycanda ötən ay ərzində ən çox hansı marka avtomobillər satılıb?

Bakıda avtomobil bazarında daha çox tələb qiyməti 15-25 min manat civarında olan Avropa və Yaponiya istehsalı avtomobillərədir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Belə ki, bazarda ili nisbətən köhnə, lakin qiyməti ucuz olan “Toyota”, KİA, “Mercedes”, “Honda”, “Hyundai” avtomobil markalarına maraq daha çoxdur. Eyni zamanda Aİ-92 benzinindən istifadə edən avtomobillərə marağın artması müşahidə olunur. Yeni, xüsusilə də bahalı avtomobillərə maraq azalıb.
Qiymətlərə gəlincə isə avqust ayı ərzində Bakıda avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində avtomobil bazarında tələb azalıb, alıcılıq qabiliyyəti aşağı düşüb, lakin buna baxmayaraq, qiymətlər stabil qalıb. Ümumiyyətlə yay aylarında avtomobil bazarında aktivlik aşağı düşür, alqı-satqı əməliyyatları azalır. Avqust ayında da eyni vəziyyət müşahidə olunub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










