Azərbaycanda “Porsche”lər 10 min manat ucuzlaşdı

Avtomobil salonlarındakı Yeni İl endirim kampaniyası “Porsche” avtomobillərini də əhatə edib. Avtosfer.az xəbər verir ki, “Porsche Bakı Mərkəzi”ndən fins.az-a verilən məlumata görə, Bakıda “Porsche” avtomobilləri ucuzlaşıb. Şirkətdən verilən məlumata görə, avtomobillərin qiymətlərində 3-11 min manat endirim nəzərdə tutulub. Belə ki, “Macan” modeli 69 500 manatdan 65 500 manata kimi ucuzlaşıb. “Panamera” modeli isə 4 500 manat endirimlə 88 000 manata satılır. 2015-ci il model “Cayenne Turbo” avtomobillərinin qiyməti artıq 158 min manat deyil, 153 500 manat olub. “Cayenne S”lər isə 3 min manat endirimdən sonra müştərilərə 105 500 manata təklif olunur. Ən böyük ucuzlaşma isə “Panamera 4S” modellərində olub. Belə ki, bu avtomobil 10 500 manat endirimlə 98 500 manata satılır.
Şirkətdən bildirilib ki, avtobillərin ucuzlaşması il sonu maşınlarda qiymət endirimləri ilə bağlıdır: “Salonda 2014-cü il model avtomobillərdən cəmi 2 ədəd “Cayenne” qalıb. Ona görə, hazırda 79 500 manata satılan “Cayenne” modeli 69 500 manat olub”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










