Azərbaycanda qeyri-adi traktor - FOTO

Cəlilabad rayon sakini qeyri-adi traktor hazırlayıb. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, minik və yük avtomobilinin ehtiyyat hissələrindən hazırlanmış texnika görənlərin marağına səbəb olub. Cəlilabad rayon Uzuntəpə kənd sakini Təvəkkül Nəsirov bu texnikanı nə az, nə də çox, düz ona yaxın avtomobilin ehtiyyat hissələrindən düzəldib.
İxtisasca mühəndis olan Təvəkkül Nəsirov bu işə hələ 1997-ci ildə başlayıb. Texnika çatışmazlığı onu yeni traktor düzəltməyə vadar edib. Mühəndis traktorun ilkin variantının hazırlanmasında “VAZ-2106” markalı mink avtomobilin mühərrikindən və köhnə yük avtomobili olan “Qaz-53” markalı avtomobilin sürət qutusundan istifadə edib. Sonradan traktorun gücünün artırılması məqsədilə Sovet istehsalı olan hərbi avtomobillərin ehtiyyat hissələri də əlavə olunub.
Minik və yük avtomobillərinin ehtiyyat hissələrindən ərsiyyə gələn traktora Təvəkkül Nəsirov “Azərbaycan” adını verib. Bunu o digər ölkələrin adı altında dünya bazarında satılan traktorlardan heç də geri qalmaması ilə əlaqələndirir.
Belə ki, kiçik olması bu traktora həyətyani ərazilərdə rahat manevretmə imkanı verir. Mühəndisin dili ilə desək, srtıq “Azərbaycan” traktoru xeyli müddətdir sahibinə qazanc da gətirir.
Qeyri-adi traktor qoşqusu ilə birlikdə 6 ton yükgötürmə qabiliyyətinə malikdir. Təvəkkül Nəsirov deyir ki, əgər sifariş olarsa, bu traktorun eynisindən hazırlamaq onun üçün heç də çətin deyil.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












