Reklam

Azərbaycanda satılan “Range Rover” və “Volkswagen” avtomobilləri haqda ŞOK İDDİA

Avtobazar 15 Yanvar 2019 18:23 Oxunub 3241
Azərbaycanda satılan “Range Rover” və “Volkswagen” avtomobilləri haqda ŞOK İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Volkswagen” və "Range Rover” kimi modellərin kefiyyətsiz avtomobil imici qazanmasına səbəb olur

Son illər ərzində ölkəyə gətirilən dünyanın ən yaxşı avtobilləri haqqında müxtəlif şayiələr yayılmaqdadır. Mütamadi olaraq dünyanın aparıcı avtomobil zavodları öz istehsalı olan modelləri texniki problemlər səbəbindən geri çağırır. Bu qəbulediləndir. Bunu avtomobil alıcıları də qəbul edir. Yapon avtomobil istehsalçıları yeni modellərdəki texniki nasaslıq səbəbindən 2018-ci ildə ümumilikdə 800 min avtomobili geri çağırıb. Azərbaycana istifadə olunan avtomobillərdən ən çox hansılarda problemlər yaranır?

Sfera.az saytı ölkənin avtomobil bazarındakı durumu, həmçinin ehtiyyat hissələri satışındakı vəziyyəti araşdırıb.

Apardığımız araşdırmalar zamanı aydın oldu ki, çatışmazlıqlar üç qismə bölünür. Maşınların istehsalı zamanı yaranan problemlər, həmçinin ehtiyat hissələrinin əlçatmaz olması və texniki servizlərinin yetərsizliyi promlemlərin əsas qaynaqlarıdır. Dünyanın ən məşhur markalarında belə ciddi problemlər olur. Lakin dünyada elə markalar var ki, artıq onlarda yaranan problemlər avtomobil həvəskarları arasında zarafatla qarşılanır. Belə markalardan biri "Range Rover” dir. Təsadüfi deyil ki, bu markanı küçədə görənlər zarafatla sürücüyə: ”ustadan gəlirsiz?” sualını ünvanlayırlar. Bu markada olan problemlər olduqca çoxdur. Elə ustalar da etiraf edir ki, "Range Rover”in texniki göstəriciləri yüksək olsa da avtomobil tez sıradan çıxmağı ilə məşhurdur. Azərbaycanda bu marka üzrə ixtisaslaşmış avtomobil ustaları yox deyiləcək səviyyədə azdır. "Range Rover” maşınları günlərlə, həftələrlə, hətta aylarla servislərdə qalır.

 

Burada usta catışmazlığından əlavə ehtiyyat hissələrin də çatışmazlığı var. Bu gün Azərbaycanda ən çox ikinci əl avtomobillərə maraq üstünlük təşkil edir. Bunun əsas səbəbi qiymətin ucuz olmasıdır. Ucuzluğu, ehtiyat hissələrinin asan və ucuz tapılması insanları bu markalara yönəlməyə vadar edir. "Opel” bu markaların içində Azərbaycanda ən çox satılan avtomaşın kimi ilk üçlükdə öz yerini tutur. Ancaq bu maşınlar üzrə də ixtisaslaşmış ustalar yox dərəcəsindədir. Elə bu səbəbdən bu modelə maraq kəskin azalıb. Almaniyanın "Volkswagen” avtomobilləri barədə son dövrlər neqativ xəbərərin sayı artmaqdadır. Gah milyonlarla avtomobil texniki problemlərlə bağlı geri çağrılır, gah da texniki servis işinin öhdəsindən yetərincə gəlmir.

 

Sürət qutularıyla da bağlı nazaslıqlar sürücülərin ən çox şikayət etdikləri nüansdı. Avtomobil ustası Əfqan Əsədov da Azərbaycanda olan xarici maşınların arasında ən problemli markanın "Volkswagen” və "Range Rover” olduğunu etiraf edir. Onun sözlərinə görə, bu avtomobillərin lazımi qədər ehtiyat hissələri mövcud olsa da, nasaz hissələrini düzəldib ərsəyə gətirə biləcək mütəxəssislər demək olar ki, nadir hallarda tapılır. Texniki problemlərə gəldikdə isə turbin hissəsini qeyd etmək olar. İstər köhnə, istərsə də yeni nəsil "Passat” modellərinin mühərriklərində bunu görmək olar. Artıq bütün dünyada ən çox problem yaranan modellər sırasında ilk ikiliyi əldən verməyən "Volkswagen” və "Range Rover” olduğu danılmaz faktdır. Başqa bir nüans isə bu modellərin ölkəyə gətirilməsinə cavabdeh olan rəsmi partnyorlar bir çox hallarda ehtiyyat hissələri Çindən alıb, Azərbaycana gətirirlər. Ustalar etiraf edir ki, məhz ölkəyə ucuz ehtiyyat hissələr Çindən gətirilir ki, bu da "Volkswagen” və "Range Rover” kimi modellərin kefiyyətsiz avtomobil imici qazanmasına səbəb olur.

Rəşad / Sfera.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh