Azərbaycanlı gəncin maraqlı hobbisi – FOTO

Rusiyada yaşayan azərbaycanlı Elnur Mehdiyev əl ilə mürəkkəb oyuncaq konstruksiyasını yığıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Elnur birotaqlı mənzildə körpə uşaqla oyuncaq qaraj yığıb. Elnur bildirib ki, bütün detalları öz əlləri ilə hazırlayıb. “Adım Elnurdur. Artıq uzun müddətdir ki, Peterburqda yaşayıram. Buna baxmayaraq, daima dostlarımla əlaqə saxlayıram. Bakıda dostlaşdığım və indi dünyanın müxtəlif yerlərində olan insanlarla əlaqə saxlayırıq, yalnız Bakıda və ya Peterburqda deyil, eləcə də dünyanın müxtəlif şəhərlərində yolumuz kəsişir. Bu görüşlərdən biri də Dubayda baş tutdu.
Dostum Pərviz (miqyas 1:18) avtomobil modellərini kolleksiya edir. Yalan deməyəcəm - nə qədərdir, amma onda bu modellərdən çoxdur. Və bir dəfə Dubayın mall-larının birində mağazada qarajda duran avtomobil modeli gördük. Qaraj avtomobildən bir az böyük idi, əl ilə yığılmışdı. Mən uşaqlıqdan incəsənətin müxtəlif növlərində (rəsm, modelləşdirmə, kallajlar, fotoçəkiliş) hobbi kimi özümü sınamışam. Və ağzımdan çıxdı ki, bunun eynisini düzəldəcəm.
Və bir müddət keçdikdən sonra mən onu yığdım. Proses zamanı diaqramanın istiqamətlərindən birini öyrəndim. Onu uzun müddət yığdım, çünki lazımi materiallar və alətlər, eləcə də uyğun iş yeri yox idi. Birotaqlı mənzildə körpə uşaqla, layihəni realizə etmək çətin idi. Yuxu vaxtı, boya iyi, kiçik detallar, ilk təcrübə, iş bitdikdən sonra bütün alətləri yığmaq və sonra yenidən düzmək - bütün bunlar işin başa çatdırılma müddətinə təsir etdi. Düşünürəm ki, bu işin öhdəsindəm bir aya gəlmək real məsələdir”.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










