Azərbaycanlı müğənni analoqu olmayan avtomobil gətirir

Əməkdar artist Cavanşir Məmmədov Azərbaycana analoqu olmayan avtomobil gətirir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Xəzər” telekanalında yayımlanan verilişlərin birində deyib. O, bildirib ki, yeni avtomobili qeyri-adi olacaq: “Təxminən 2 ay sonra bir az dəqiqləşdirsək, mart ayının ortalarında gözəl bir sensasiya olacaq. Yeni avtomobil sifariş etmişəm. Həmin avtomobil 1 nəfərlikdir. O, maşında yalnız 1 nəfər otura bilər. İndiyə qədər mən avtomobil axtarmamışam, maşın özü gəlib məni tapıb. Hazırda neçə maşın varımdır? Deyə bilmərəm. Çünki sabah bunu söz edəcəklər”.
Qeyd edək ki, hazırda C.Məmmədov “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilini idarə edir. O, 10 HS 100 dövlət nömrə nişanlı avtomobilini 2011-ci ilin aprelində 960 000 avroya alıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










