Bakıda 1,2 milyon manatlıq avtomobil satışa çıxarılıb - FOTO

Azərbaycanda qiyməti 685 000 dollara (1 164 500 manat) olan avtomobil satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, fantastik qiymətə təklif olunan avtomobil "Rolls-Royce Cullinan Black Badge"dir.
Heyrətamiz görünüşə malik olan bu avtomobilin istehsal ili 2019, 6,8 litrlik iki turbokompressorlu mühərrikinin gücü isə 571 a.g.-dən 600 a.g.-nə qədərdir.
Qiymətinə görə avtomobilə tələbat az olsa da, satışı da pis deyil.
Qeyd edək ki, “Improtex” Şirkətlər Qrupuna daxil olan “Improtex Motors” şirkəti 2020-ci ilin yanvar ayında avtomobilin Azərbaycanda təqdimatnıı keçirib və həmin vaxtdan bəri satışına başlanılıb. “Improtex Motors” 1998-ci ildə yaradılıb.
Şirkət Azərbaycan avtomobil bazarında BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır.
Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. İradə Ələkbərova 2020-ci ildə 62 yaşında koronavirusdan dünyasını dəyişib.

İqtisadiyyat.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










