Bakıda 500 London taksisi cərimə meydançasına salındı - FOTOLAR

Gömrük İdarəsi Ziya Məmmədovun 500-ə yaxın London taksisinə həbs qoyub. Hazırda sözügedən taksilər Dövlət Gömrük Komitəsinin Lökbatanda fəaliyyət göstərən Avtonəqliyyat Gömrük İdarəsinin həyətində saxlanılır. Bu barədə AzadXəbər-ə məlumatlı mənbə xəbər verib. Verilən məlumatda qeyd edilir ki, hazırda Avtonəqliyyat Gömrük İdarəsinin həyətində sonu 501 dövlət nişanı ilə qurtaran və sıralama olaraq 911 nömrəli avtomobilə qədər bütün taksilərə həbs qoyulub. Səbəb isə sözügedən taksilərin 4 ildən çoxdur ki, texniki baxışdan keçmədən gizli formada fəaliyyət göstərməsi olub. Lakin sonradan gömrük işçilərinin məsələyə müdaxiləsi nəticəsində 500-ə yaxın taksiyə həbs qoyulub.
Deməli son vaxtlar paytaxt Bakı ərazisində London taksilərinin çox az-az gözə dəyməsinin səbəbi də məhz bu imiş. Taksi sürücülərinin verdiyi məlumata görə, bir neçə ay bundan öncə arendaların 23 manatdan 40 manata qaldırılmasının səbəbi, sözügedən taksilərin həbsə salınmasıdır. Görünür cənab Ziya Məmmədov həbsdə olan taksilərinin pulunu hazırda fəaliyyət göstərən taksilərin hesabına çıxarmaq istəyir.
Xatırladaq ki, son vaxtlar Ziya Məmmədovla Kəmaləddin Heydərov arasında müəyyən çəkişmələrin və problemlərin yaşandığına dair informasiyalar dolaşır. Görünür London taksiləri ilə bağlı baş verənlər də sözügedən soyuq müharibənin tərkib hissəsidir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












