Bakıda antik maşınlar sərgisi – FOTOLAR

Fevralın 8-də Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib. Avtosfer.az AzərTAc-a istinadən xəbər verir ki, 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.
Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib.
E.İsmayılov diqqətə çatdırıb ki, “Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib: “Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır. Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi qonaqları burada yaradılan şəraitlə tanış etməkdir”.
Klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.
Paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət


















