Bakıda cəmi 2700 manata "Nissan Maxima" satılır - SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 2-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə ƏMDK-dan məlumat verilib. Belə ki, Komitə 45 ədəd 2003-cü il istehsalı olan UAZ-3160-011 start qiyməti 2516 manat olmaqla satışa çıxaracaq. Bundan başqa, hərracda 2000-ci il istehsalı olan QAZ-3110 (başlanğıc qiyməti 1500 manat) avtomobili də yer alacaq. Hərracda 2 ədəd 1998 və 2002-ci il istehsalı olan "Nissan Maxima" avtomobili də olacaq. Start qiymətləri isə müvafiq olaraq, 1755 manat və 2706 manat təşkil edir. Hərracda yer alan avtomobillər arasında Mercedes Benz S 350 avtomobili də var. 2004-cü il istehsalı olan bu avtomobilin start qiyməti isə 9111 manatdır.
2000-ci il istehsalı olan "Daewoo Leganza" isə 1770 manata satışa çıxarılır.
Qeyd edək ki, 1998 və 2002-ci il istehsalı olan "Nissan Maxima" 3-cü dəfə 10 % endirimlə təkrar hərraca çıxarılır.
Məlumat üçün bildirək ki, hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11a).
Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Elmin
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











