Bakıda ən çox alınan maşınlar - 11 min AZN-dən başlayan QİYMƏTLƏR

Avtobazar 19 Oktyabr 2022 14:38 Oxunub 3744
Bakıda ən çox alınan maşınlar - 11 min AZN-dən başlayan QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Münasib qiymətə və keyfiyyətli avtomobil almaq hamının istəyi olsa da bəzən vətəndaşlar bunu etməkdə çətinlik çəkirlər. Alınan avtomobil ya qiymətindən baha olur, ya da ucuz alınsa da tez-tez təmirə getməli olur.

Bu məsələdə maşın almaq istəyənlərin işini asanlaşdırmaq və onlara faydalı məsləhətlər vermək məqsədilə ekspertə müraciət etdik. Avtomobil bazarını araşdıran Sərxan Qədirov baku.ws-ə açıqlamasında bildirdi ki, ötən illə müqayisədə maşın bazarında qiymətlərdə 1000-2000 AZN bahalaşma müşahidə edilir:

"Qiymətlər əvvəlki illərlə müqayisədə bahalaşıb. Mən belə deyərdim ki, hər həftə qiymətlərlə bağlı dəyişikliklər olur. Düzdür, bu qiymətlər maşın bazarlarına görə də dəyişir. Bəzən bir bazarda nisbətən ucuz olan digərində fərqli ola bilər. Lakin ümumilikdə götürsək, qiymət artımı aşkar şəkildə sezilir".

Ekspert əlavə etdi ki, hazırda bazarda qiyməti dəyişən hibrid maşınlardır: "Hazırda bazarda hansı maşına tələbat varsa, onların qiyməti nisbətən bahalaşır. Misal üçün "Toyota Prius"lar, "Kia Ceed", "Kia Rio" və "Opel Astra"ların adını çəkə bilərik. Bu maşınları almaq istəyənlər çox olduğundan onların qiyməti də dəyişir.

Adlarını qeyd etdiyim modellərin qiymətləri ilinə, vəziyyətinə görə 11 min-13 min AZN arası dəyişir. Daha çox Avropadan gətirilmiş bu modelləri almaq istəyirlər. Azərbaycanda uzun müddətdir sürülən və istifadə olunan bu modellərə nisbətən az üstünlük verilir.

 

"Aİ-95" benzinlə işləyən avtomobillərlə bağlı eyni sözü demək olmur. Bu avtomobillərə tələbat o qədər çox olmadığı üçün qiymətlərində, əksinə, ucuzlaşma müşahidə olunur. "Chevrolet Cruze" və "Ford Fusion" avtomobillərini buna misal göstərmək olar. Bu maşınlarda qiymət artımı yoxdur. Çünki əvvəlki aylarla müqayisədə bu maşınları çox da almırlar. Vətəndaşlar daha çox ekonom maşınlara üz tuturlar.

Bazarda digər modellərlə müqayisədə ən uzuc avtomobillər isə "VAZ"lardır. Rusiya istehsalı olan bu avtomobillər isə 9 min-10 min AZN arası satılır. Nisbətən ili aşağı olanların qiyməti isə 7500-8500 AZN arası dəyişir".

Sərxan Qədirovun sözlərinə görə, vətəndaşların almaq istədiyi, lakin baha olduğu üçün ala bilmədiyi modellər isə "Mercedes"lərdir: "Merdeces E-200" modellərinin stabil qiymət artımı 2 min AZN-dir. İki il öncə 16 min AZN-ə bu maşınları almaq mümkün idisə, indi bu qiymət 18-19 min AZN arası dəyişir.

Vətəndaşlara məsləhət görərdim ki, şəhər daxilində sürmək üçün avtomobil alarkən Cənubi Koreya istehsalı olan maşınlara üstünlük versinlər. Həm dizel, həm də benzinlə işləyən bu maşınları almaqdan qorxmasınlar. Bu maşınların ehtiyat hissələri də rahatlıqla tapılır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh