Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb

2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib.
N.İbrahimov bildirib ki, mart ayında paytaxtın avtomobil bazarında 1 352 avtomobil satışa çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz azdır.
Məlumata görə, satışa çıxarılmış avtomobillərin 82,3 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 41 129 manat olub. Dizel mühərrikli avtomobillər satışa çıxarılanların 17,7 faizini təşkil edib ki, bu avtomobillərin qiyməti 44 415 manata bərabər olub.
Ekspertin sözlərinə görə, mayda isə Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözləniləndir və may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










