Bakıda nazirliklərə məxsus 15 avtomobil ucuz qiymətə satılacaq - SİYAHI

Bakıda iki nazirliyin avtomobilləri hərrac yolu ilə satılacaq. Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər. Hərrac mayın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək.
Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib. Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.
DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo”, "Kamaz”, "Ural”, VAZ və "Zil” markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.
Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310” yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










