Reklam

Bakıda “Rolls-Royce Cullinan Black Badge” avtomobili təqdim edildi - FOTOLAR

Avtobazar 31 Yanvar 2020 10:54 Oxunub 4908
Bakıda “Rolls-Royce Cullinan Black Badge” avtomobili təqdim edildi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dünyanın ən dəbdəbəli SUV-ı Cullinan Azərbaycanda son dərəcə yaxşı qəbul edilib"

Yanvarın 30-da “Improtex Motors” şirkəti rəsmi olaraq “Black Badge”in ən cəsarətli versiyası olan yeni “Rolls-Royce Cullinan Black Badge”i təqdim etdi. "Improtex Motors" şirkətinin baş direktoru Bayram Yaqubov təqdimat zamanı şərh etdi: "Dünyanın ən dəbdəbəli SUV-ı Cullinan Azərbaycanda son dərəcə yaxşı qəbul edilib. Və artıq yeni sərhədləri fəth etmək vaxtıdır: bu gün Cullinan Black Badge səhnəyə çıxır. Rolls-Royce Black Badge – lüks həyat tərzi yaşayanlar müştərilərinin ambisiyalarını və istəklərini əks etdirir. Cullinan Black Badge lüks dünyasını əsrarəngiz tamamilə fərqli bir aləmə aparır.” Və əlavə etdi: ”Əlbəttə ki, Cullinan Black Badge sahiblərinə hər Rolls-Royce'un məşhur olduğu “Uçan Xalça” üzərində gəzintisini təklif edir” .

Rolls-Royce Cullinan'ın sonsuz imkanları simvolik olaraq modelin müxtəlif elementlərində görünən sonsuzluq işarəsində əks olunur. İlk dəfə bu işarə Rolls-Royce mühərriki ilə təchiz edilmiş Sir Malkolm Kempbellin məşhur Blue Bird K3 hidroplan qayığının üzərində tətbiq edilmişdir.

Müştərilər üçün eksteryerin rənginin 44 000 -dən artıq hazır olan palitrası mövcuddur, əgər bu kifayət deyilsə - Rolls-Royce komandası sifarişçi üçün eksklüziv olaraq yeni rəng hazırlayacaq. Lakin Black Badge alıcılarının əksəriyyəti bu seriya üçün xüsusi olaraq yaradılmış qara rəngli avtomobil sifariş etməyə üstünlük verirlər. Boya və lakın çoxsaylı qatlarının hər biri əl ilə cilalanmanın 10 mərhələsindən keçir: bu avtomobil sənayesində birrəngli gövdənin boyanmasının ən mürəkkəb prosesidir.

Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir. Xromlanmış "Ekstaz ruhu" heykəlciyi qara parıltıyla örtülmüşdür və "RR" nişanı qara fonda gümüşü olmuşdur. Radiator barmaqlığı, yük yerinin qapısının dəstəyi, alt hava götürücü və işlənmiş qaz boruları qara xrom ilə örtülmüşdür. Xüsusi Cullinan Black Badge üçün təqdim olunan 22 düymlük yüngül lehimli disklər modeli daha da cəsarətli göstərir. Lüks yolsuzluq avtomobilində ilk dəfə olaraq rəngli əyləc altlıqları tətbiq edilib. Qırmızı boya onlar üçün xüsusi olaraq hazırlanmışdır: bir tərəfdən, həddindən artıq yüksək temperaturlara tab gətirməlidir, digər tərəfdən parlaq struktura malik olmalıdır və Black Badge-nin ümumi görünüşünə ahəngdar şəkildə uyğunlaşmalıdır.

Rolls-Royce Cullinan Black Badge modelinin interyerindəki yenilik dekorativ panellərin arxitekturadakı müasir trendlərdən ilham alınaraq yaradılmış geometrik naxışı və üçölçülü effekti olan karbonla tərtib edilməsidir. Hər bir elementi 6 lak qatı ilə örtüb 72 saat ərzində qurumasını gözləyirlər, sonra isə əllə güzgü parlaqlığına qədər cilalayırlar. Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1344 fiber optik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilir. İlk dəfə olaraq, Cullinan modelinin salonunu “Forge Yellow” rəngli dəri ilə tərtib edilibdir. Və sonunda - avtomobilin arxa oturacağında naxışlanmış sonsuzluq işarəsidir. Rəmz eyni zamanda Rolls-Royce müştərilərinə avtomobilinin sonsuz imkanlarını xatırladaraq ön paneli, kandarı və saat üzərini bəzəyir.

Black Badge ailəsinin bütün modelləri kimi, Rolls-Royce Cullinan-ın “qaranlıq” versiyası da dəyişilmiş dinamik göstəricilərlə fərqlənir. Cullinan Black Badge modelinin kapotunun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 a.g.-dən 600 a.g.-nə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb.

Təqdimat vaxtı Avropa (Şərq) və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann, 2019-cu ildə Azərbaycanda satış rəqəmlərinin yeni bir yüksəkliyə çatdığını təsdiqlədi və “Rolls-Royce Motor Cars Baku”nun satış rekordunu qeyd etdi.

Frank Tiemann qeyd etdi: "Əmin olun ki, biz həcmi təqib etməyəcəyik və böyük avtomobil okeanında qiymətli kiçik bir damla qalacağıq: bu, əsl dəbdəbənin və müştərilərimizin tam haqqı ilə gözləməsinin bizim anlayışımızdır.

Qeyd edək ki, bir il əvvəl “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 Rolls-Royce dilerlərini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilmişdir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh