Bakıda rus maşınları ucuzlaşdı - RƏSMİ AÇIQLAMA

Bakıda rus maşınları ucuzlaşıb. Bununla bağlı fins.az-a rus maşınlarının Azərbaycanda rəsmi təmsilçisi “Xəzər-Lada” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ucuzlaşma “Lada Priora” və “Niva” modellərində olub. “Lada Priora” 1000 manat ucuzlaşıb. Belə ki, əvvəl 11 600 manata satılan avtomobil artıq 10 600 manatdır. 9700 manata satılan “Niva”lar isə hazırda 200 manat endirimlə 9500 manat satılır. Endirim kampaniyası ayın sonuna kimi davam edəcək. Şirkətdən verilən məlumata görə, qiymətlərdə endirim il sonu bütün avtomobillərdə olan ucuzlaşma ilə bağlıdır: “İlin sonuna yaxın bütün avtomobillərdə ucuzlaşma baş verir. Bu da əsasən insanların il sonu avtomobil almağa maraq göstərməməsi ilə bağlıdır. Məsələn, əvvəl ay ərzində 2-3 maşın satırdıqsa, indi ay ərzində 1-2 avtomobil alınır”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










