Bəzi avtomobillərin qiyməti artıb - VİDEO

Avtomobil bazarında dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti artıb.
Rusiya istehsalı olan avtomobillərin satışı isə kəskin azalıb.
Bazarda hazırda fərqli tendensiya müşahidə olunur.
2013-cü ildən əvvəl istehsal edilən və dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 7,3 faiz artıb.
"Həmçinin Rusiya istehsalı olan avtomobillərə maraq isə azalıb."
2017-ci ildə bəzi şirkətlərin istehsalı olan maşınların satışında əvvəlki illə müqayisədə 47.8% azalma müşahidə olunub. Avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirovun deyir ki, istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırıldıqdından sonra bu hal gözlənilən idi.
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, bazarda qıtlıq yarandıqca qiymətlər artır. Lakin artıq bazarlarda alternativ nəqliyyat vasitələri də təklif edilir.
Yasin Mustafayev Rusiyadan gətirilən avtomobillərə marağın azalmasını isə həmin ölkənin iqtisadi vəziyyəti və sözügedən nəqliyyat vasitələrinin komfortlu olmaması ilə əlaqələndirib.
Ekspert qeyd edib ki, bazarda alternativ variantlar çoxaldıqca qiymətlər stabilləşəcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










