Bu avtomobilin qiyməti 7 milyon avrodur - FOTO

Münhendə fəaliyyət göstərən DI Automobile firması satışa Bugatti Divo hiperkarını, daha dəqiq desək, hiperkar və avtomobilə olan növbədəki yeri satışa çıxarıb. Bu barədə elan Mobile saytında dərc olunub.

Avtomobil və onun növbə yeri üçün ümumilikdə 7913500 avro ödəmək gərək olacaqdır. Beləliklə diler Bugatti Divo modelində üç milyon avro qazanmaq niyyətindədir. Xatırladaq ki, hiperkarın qiyməti beş milyon avrodan başlayır. Cəmi 40 ədəd Divo hiperkarı buraxılacaqdır. Bütün avtomobillər öncədən sifarişlə satılıb.

Satışa çıxarılmış Bugatti Divo bu ilin sonuna yaxın istehsala getməli və 28 dekabrda hazır olmalıdır. Avtomobilin kuzovu qara rəngə boyanacaq, salonu isə alkantara ilə üzlənəcəkdir. Bugatti Divo hiperkarı Chiron modelinin ekstremal variantıdır. Model Chiron hiperkarından zahiri görkəmi və 456 kiloqram yerəbasma gücü hasil edən aerodinamik dayağı ilə fərqlənir. Bu, Chiron modelində olduğundan 90 kiloqram çoxdur. Divo Bugatti Chiron modelindən 35 kilqoram yüngüldür.

Hiperkar 1500 at qüvvəsi hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. 100 km/saat həddini toplamağa Divo modelinə 2,4 saniyə kifayətdir. Avtomobilin maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıb. (Autograph)


Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










