Bu il dünyada satılan hər 5 avtomobildən biri ELEKTRİKLİ OLACAQ

Avtobazar 29 May 2023 00:05 Oxunub 1436
Bu il dünyada satılan hər 5 avtomobildən biri ELEKTRİKLİ OLACAQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beynəlxalq Enerji Agentliyinin (IEA) "!Global Electric Vehicle Outlook" hesabatına görə, keçən il dünyada elektrikli avtomobil satışları 55 faiz artıb və 2021-ci illə müqayisədə rekordu qıraraq 10 milyonu keçib.

Elektrikli avtomobillərin ümumi avtomobil satışlarında payı 14 faizə yüksəlib.

Bu nisbət 2020 və 2021-ci illərdə müvafiq olaraq 4 faiz və 9 faiz təşkil edib. Qlobal elektrikli avtomobil satışları 2017-ci ildə bir milyondan 2022-ci ildə 10 milyona yüksəlib.

Ötən il elektriklə işləyən avtomobillərə xərclər 2021-ci illə müqayisədə 50 faiz artaraq 425 milyard dollara çatıb. Dövlət subsidiyaları bu xərclərin cəmi 10%-ni, istehlakçılar isə 90%-ni təşkil edib. Ötən il bazarda elektrikli avtomobil modellərinin sayı 2018-ci ilə nisbətən iki dəfə artaraq 500-ə çatıb.

2022-ci ildə elektrikli avtomobil satışlarının artması, istifadə edilən elektrikli avtomobillərin sayını 26 milyona çatdırıb. Elektrikli avtomobillərin ən çox satıldığı bazarlar Çin, Avropa və ABŞ olduğu halda, keçən il qlobal elektrikli avtomobil satışlarının yüzdə 60-ı Çində istehsal edilib.

Keçən il satışdan sonra istifadə edilən bütün elektrik avtomobillərinin 13,8 milyonu Çində yerləşir. Avropa və ABŞ bu kontekstdə ikinci və üçüncü ən böyük bazarlardır.

2022-ci ildə Avropada elektrikli avtomobil satışlarının sayı əvvəlki ilə nisbətən 15 faiz artaraq 2,7 milyona çatıb. Elektrikli avtomobillərin Avropada ümumi avtomobil satışlarında payı 2021-ci ildəki 18 faizdən 2022-ci ildə 21 faizə yüksəlib.

Avropa ölkələri arasında keçən il 830 minlə ən çox elektrikli avtomobil satışı edən ölkə Almaniya oldu. Böyük Britaniyada 370,000, Fransada 330,000 və İspaniyada 80,000 elektrikli avtomobil satılıb.

İtaliyada 2021-ci ildə 140 min elektrik avtomobili satılsa da, keçən il bu rəqəm 115 minə düşüb. Satışların azaldığı ölkələr arasında Avstriya, Danimarka və Finlandiya da var.

Ötən il ABŞ-da elektrikli avtomobil satışı 2021-ci ilə nisbətən 55 faiz artaraq bir milyona yaxınlaşıb. Bu artımla ABŞ-da elektriklə işləyən avtomobillərin ümumi sayı 3 milyona çatarkən, 2022-ci ildə elektrikli avtomobil satışlarının ümumi avtomobil satışları içərisindəki payı yüzdə 8 olub.

Elektrikli avtomobil satışı və istehsalının əksəriyyəti bir neçə ölkədə cəmlənsə də, Asiya regionunda Hindistan, İndoneziya və Tayland keçən il elektrikli avtomobil satışlarında ən çox artım olan ölkələr olub.

Ötən il Türkiyədə cəmi elektrikli avtomobil satışları 2021-ci ilə nisbətən təxminən iki dəfə artaraq 7 min 540-a çatıb. Bu rəqəm 2021-ci ildə 3 min 920 olub. Elektrikli avtomobillərin ümumi avtomobil bazarında payı ötən il 1% təşkil edib.

Keçən ilki satışlardan sonra Türkiyədə istifadə edilən elektriklə işləyən avtomobillərin ümumi sayı 16 mini keçib.

Bu ilin birinci rübündə dünyada əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artımla 2,3 milyon ədəd elektrikli avtomobil satılıb.

İlin sonuna qədər bu rəqəmin 14 milyona çatacağı gözlənilir. Bu rəqəm 2022-ci illə müqayisədə elektrikli avtomobil satışlarında 35 faiz artım deməkdir.

Bu il dünyada satılan bütün avtomobillərin yüzdə 18-nin, başqa sözlə, təxminən hər 5 avtomobildən birinin elektriklə işləyən avtomobillərdən ibarət olacağı proqnozlaşdırılır.

Ölkələrin iqlim dəyişikliyi planları və təşviq proqramları elektrikli avtomobil satışında təsirli olsa da, Çin, Avropa Birliyi və ABŞ elektrikli avtomobillərinin ümumi satışlarda payının bu planlardan asılı olaraq 2030-cu ilə qədər yüzdə 60-a çatacağı hesablanır. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh