Bu maşın 100 km-ə 1 manat 25 qəpik sərf edir

Bakıya ilk “Tesla” elektromobili may ayında gətirililəcək. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a “Tesla Club Baku” şirkətindən bildirilib. Xatırladaq ki, şirkətə fevral ayında ilkin olaraq 1 ədəd “Tesla Model S” avtomobili sifariş edilsə də, Azərbaycanda dolların kəskin bahalaşması avtomobil gətirilməsini gecikdirib. Əsas səbəblərdən biri dolların bahalaşması olub. Şirkətdən verilən məlumata görə, bu avtomobillər qiyməti manatla 20-25 % artıb.
Belə ki, 2014-cü il model “Tesla Model S” avtomobilin bazar qiyməti 85 min dollardır. Bu məbləğ əvvəl 66 min manata bərabər olduğu halda, indi yeni məzənnə ilə 89 min manatdır. Bu isə o deməkdir ki, gömrük və digər xərclər nəzərə alınandan sonra avtomobilin Azərbaycanda yeni satış qiyməti 120 -125 min manat olacaq.
Elektrik enerjisi ilə işlən bu elektromobillər xeyli baha olsa da, komfortlu, keyfiyyətli və qənaətcil olması ilə seçilir. Elektriklə işləməsi isə onu avtomobil sahibləri üçün sərfəli edir.
Azərbaycandakı enerji qiymətləri ilə “Tesla”nın bir dəfə enerji yığması 5 manata başa gəlir. Bu enerji ilə elektromobil 400 kilometr məsafə qət edə bilir. Bu isə 100 kilometr üçün enerji xərclərinin cəmi 1,25 manat olması deməkdir. Müqayisə üçün bildirək ki, hazırda ölkədə istismar edilən avtomobillər arasında ən qənaətli modellərdə belə, 100 kilometrlik məsafəyə 3,5-4 manatlıq yanacaq sərf edilir. Başqa sözlə, yanacaq baxımından “Tesla”da gəzmək ənənəvi avtomobillərdən 3-4 dəfə ucuz başa gəlir.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...










