Bu maşınlar artıq Azərbaycana gətirilmir və satılmır - Açıqlama

Uzun müddətdir sosial şəbəkələrdəki elan səhifələrində 90-cı illərin alman maşınlarına, həmçinin sovet istehsalı olan maşınlara rast gəlinmir. Yaxud təsadüfi hallarda belə elanlar görünür.
Avtomobil ekspertlərinin fikrincə, artıq indi alıcılar ekonom, mühərrik həcmi az olan avtomobillərə daha çox üstünlük verirlər.
Bəs görək, hansı avtomobillərin xaricdən gətirilməsi kəskin azalıb və ya dayanıb?
Ssuallara avtomobil bazarı araşdırmaçısı, ekspert Sərxan Qədirov lent.az-a açıqlamasında aydınlıq gətirib. Onun sözlərinə görə, dizel və mühərrikinin gücü az olan avtomobillərə indi tələbat artıb:
"Hazırda ölkəyə ən çox Avropadan dizel mühərrikli "KİA" və "Toyota Corolla" markalı avtomobillər gətirilir. Ekonom, mühərrik həcmi az olanlara üstünlük verilir.
Son zamanlar "Chevrolet Cruze"lar və Aİ-95 markalı benzinlə çalışan avtomobillər demək olar ki, gətirilmir. Həmçinin ABŞ-dan "Toyota Prius"ların gəlişi əvvəlki kimi davam edir.
Bakının maşın bazarında onların alıcı qüvvəsi də normaldır. Bu avtomobillərə daha çox sahibkarlar maraq göstərirlər. Sahibkarlar "Prius"ları alır və müxtəlif icarə qaydaları ilə taksi xidmətinə cəlb edirlər.
Sovet istehsalı olan avtomobillərin satışı isə olduğu kimi də qalır. Onlara maraq hələ də azalmayıb".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










