Bu ölkədən Azərbaycana avtomobil satışı 22% azalıb, dəyəri isə 14% artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 80 milyon ABŞ dolları dəyərində 2 853 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 % çox, kəmiyyət olaraq - 22% azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 754 milyon ABŞ dolları dəyərində 29 485 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 31 % və 5,3 % çoxdur. O cümlədən Gürcüstandan Qırğızıstana 408 milyon ABŞ dolları dəyərində 12 508 ədəd, Qazaxıstana 219 milyon ABŞ dolları dəyərində 12 055 ədəd, Ermənistana 15,8 milyon ABŞ dolları dəyərində 666 ədəd, Tacikistana 9,8 milyon ABŞ dolları dəyərində 446 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










