Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır

Aprelin 14-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu" PHŞ, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus nəqliyyat vasitələrinin satışı həyata keçiriləcək.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısına LİNKdən baxmaq olar.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










