Bu şirkətlər “Tesla”ya çatmaq üçün milyonlarla dollar xərcləyirlər

Təxmini 10 il əvvəl “Tesla”, “Model S” ilə birlikdə hərtərəfli elektromobil istehsalına girərək sıfır emissiyalı avtomobillər buraxacağını qeyd etdi. Bu açıqlamadan sonra bir çox müştəri və marka şirkətin indiki uğuruna çata biləcəyini düşünmədi. Amma hal-hazırda “VW” və “BMW” elektromobil nəqliyyat vasitələrinə milyonlarla dollar investisiya qoyur.
Avtosfer.az xəbər verir ki, “BMW” 2013-cü ildə “i3” ilə birlikdə elektromobil gələcəyin qabaqcıllarından biri oldu. Buna baxmayaraq tamamilə elektromobil model olsa da marka hibrid avtomobillərə daha çox yönəldi. 2014-cü ildə isə “Volkswagen”, “e-Golf” modeli ilə bu sahəyə addım atdı və ardıyca dieselgate müddətiylə birlikdə şirkət bəzi proyektləro ləğv edərək elektromobil avtomobillərə yönəlməyə başladı.
“BMW” nə qədər elektromobil avtomobillərə yönəlsə də fərqli həll üsullarına da meyil göstərir. Xüsusilə hidrogenləşdirilmiş nəqliyyat vasitələrinə və sintetik yanacaqlara da önəm verən şirkət, bu sahələrdə də müxtəlif irəliləyişlər edir. Ancaq 2030-cu ildən etibarən marka satışlarının 100/50-sindən çoxunun tamamilə elektromobil olmasını planlayır.
Bu həftə “BMW”, Neue Klasse EV nəqliyyat vasitələrinin istehsalı üçün gəlirinin yüzdə 5.5-ni (7.8 milyard avro) ayırdığını vurğuladı. Amma ayırdığı investisiya belə “Volkswagen”nin elektromobil avtomobillərin inkişafı üçün ayırdığı vəsaitdən azdır. The Wall Street Journal-a görə şirkət beş il içində elektromobil avtomobillər üçün 180 milyard avro (191 milyard dollar) xərcləməyi düşünür.
Bir sözlə, hər iki şirkət də “Tesla” ilə rəqabət aparmaq üçün əllərindən gələni əsirgəmir.
Nərmin Əkbər
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur














