Bu taksi hər cür xidmət edir - VİDEO

Taksilərdə müştərilərə göstərilən xidmətlər hər zaman məhdud olub. Amma türkiyənin Elazığ şəhərində bir taksi sürücüsü həmin sərhədləri aşa bilib. Nuri Özənin idarə etdiyi taksidə müştərilər yol gedə gedə həm televizora baxa, həm çay içə, həm də internetə daxil ola bilər. 6 ildir taksi idarə edən Nuri Özən texnologiyanın inkişafını öz avtomobilində müştərilərə təqdim edir. Əgər siz musiqi dinləməyi çox sevirsinizsə, yenə bu avtomobil köməyinizə çata bilər. Çünki sözügedən taksidə hər zövqü oxşayan musiqi arxivi də var. Təsadüfi deyil ki, indi Elazığ şəhərində hər təbəqədən olan insanlar bu taksi ilə yol getməyə can atır. Müştərilər onlara göstərilən xidmətdən çox razıdır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, planşet kompyuterdən elektrik çaydanınadək bir çox məişət əşyası ilə təmin olunan taksidən istifadə edənlərin sayı gündən günə artır. Taksi sahibi isə avtomobildəki xidmətlərin siyahısını genişləndirəcəyini planlaşdırır.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir








