Cənub bölgəsinin yeganə avtomobil bazarında qiymətlər artıb - FOTO

Ölkənin cənub bölgəsində yeganə avtomobil bazarı Cəlilabad rayonunda fəaliyyət göstərir.
Report xəbər verir ki, əhalinin alıcılıq qabiliyyəti və qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, son vaxtlar demək olar ki, alıcılıq qabiliyyəti aşağı düşüb:
"Avtomobillərlə çox alıcı maraqlanır. Müştəri boldur, lakin alan yoxdur. Bu proses nə qədər davam edəcək, bilmirik".
Alıcılar isə qeyd edib ki, son vaxtlar avtomobillərin qiymətləri bir qədər artıb:
"Təxminən 10 faizə yaxın bahalaşma var. Bu da öz növbəsində bizə bir qədər təsir edir. Bura cənub rayonları ilə yanaşı ölkənin aran rayonlarından da alıcı və satıcılar gəlir. Bazarda əsasən keçmiş SSRİ və Rusiya istehsalı olan avtomobillər satılır. Digər xarici markalı avtomobillərə isə az rast gəlinir".
Onların sözlərinə görə, buraxılış illərinə görə avtomobillərin qiyməti dəyişir:
"Məsələn, keçmiş SSRİ 1970-1980-ci illlərdə istehsal olunmuş maşınları 2 500-3 000 manata, Rusiya istehsalı olan 1990-ci illərin maşınları 3 500-4 000 manata, 2000-ci illərin maşını isə 5 000-6 000 manata satılır. "Mercedes" markalı avtomobillər 10 000-12 000 manata təklif olunur".
Qeyd edək ki, avtomobil bazarı yalnız həftənin bazar günləri, səhərdən günorta saatlarınadək fəaliyyət göstərir.
Cənub bölgəsinin yeganə avtomobil bazarından FOTOREPORTAJ
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur













