Daha bir ölkə Avropanın avtomobil bazarına can atır - FOTO

Avtomobil sənayesi dedikdə insanların ağlına ilk gələn ölkələr arasında Vyetnam yer almır. Lakin tendensiya dəyişə bilər.
Avtosfer.az xəbər verir ki, Vyetnamın VinFast şirkəti Avropa bazarına çıxmağa iddialıdır. Hətta bu məqsədlə VF8 və VF9 modelləri hazırlanmışdı. İstehsal qüsurlarına görə bu model şirkətə çox ciddi maliyyə itkiləri gətirdi. Hər 2 model kommersiya biabırlığı kimi xarakterizə olundu.
İndi isə şirkət VF6 modeli ilə daha məhdud bazara – Almaniya, Niderland və Fransaya ayaq açmaq istəyir.
2022-ci ildə Paris avtosalonunda təqdim edilmiş benzin mühərrikli versiyaya bənzəyən elekrtomobil 2 opsiyada hazırlanıb. Onlar arasında fərq batareyanın tutumu və mühərrikin gücündədir. 34000 və 38000 avroya təklif edilən modellərə 7 il və ya 160 000 kilometr zəmanət verilir. Hələlik satışla bağlı statistika yoxdur.
Bununla belə, Avropanın avtomobil jurnalları belə bir sualla çıxış edir: bu maşın Çinin eyni qiymətə təqdim etdiyi modellərlə rəqabət apara biləcəkmi?
Vüqar
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












