Banner

DOST TAXI – *3311. Dost yolda tanınar!

Avtobazar 6 Aprel 2015 21:04 Oxunub 14782
DOST TAXI – *3311. Dost yolda tanınar!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı kimi böyük bir şəhərdə Taksi xidmətini təqdim edən bir şirkət haqqda

Əlbətdə ki, bugün bazarda mövcud olan və kifayət qədər aqressiv özəl zərnişin daşınması şəraitdə, heç bir “kəşfiyyat” məlumatı olmadan fəaliyyətə başlamaq, bu fəaliyyəti, elə başdan uçuruma aparardı. Hal hazırda Bakıda, onlarla irili-xırdalı taksi xidmətləri fəaliyyət göstərməkdədir. Lakin, yalnız DOST TAXI yerli mütəxəssislərdən ibarət komanda ilə fəaliyyət göstərir və xalqımıza ən yaxın və uyğun xidmət mədəniyyətinə sahibdir. O səbəbədən, məhz başlanğıcda öz həmkararına (taksi sürücülərinə) və sərnişinlərinə bir sıra üstünlüklərin verilməsi nəzərdə tutulub. Bu üstünlüklər DOST TAXI-ni, keyfiyyətli, rahat və təhlükəsiz xidmətlər brendinə çevrilməyə doğru aparacaqdır.

Boş söz söyləmiş olmayaq deyə, dərhal belə bir nümunə qeyd edək - əməkdaşlıq etdiyimiz sürücülərə, bizə elə gəlir ki, çox ədalətli şərtlər təklif olunub. “Az qazanırsan, bizə də az ödəyirsən”, budur əsas prinsip. Bununla yanaşı, bildiyiniz kimi DOST TAXI tərəfindən bir çox endirim aksiyaları və hədiyyə kuponları təqdim edilir. Bütün tətbiq edilən endirimlərə baxmayaraq, qiymətdə endirim edilmiş hissə, sürücülərə şirkət tərəfindən ödənilir.

Bugünə artıq yenilik olmasa da, çox yaxında, mobil əlavələrini də istifadəyə vermək planları var. Bununla da, sürücünü yalnız *3311 nömrəsinə zəng etməklə deyil, o cümlədən mobil program təminatı vasitəsilə də sifarişə çağırmaq olacaq. Bununla yanaşı, DOST-umuzun digər üstünlüklərindən biri də, istər müştəri üçün olsun, istərsə də sürücülər üçün, sifarişlərin paylanması alqoritmidir. İstifadə olunan GPS naviqasiya sistemi imkan verir ki, sifariş edilən nöqtəyə ən yaxın sürücü təhkim olunsun və ən qisa zamanda sifarişçinin xidmətinə gəlsin. Sərnişinlər də, ən yaxında olan taksini, qısa zaman çərçivəsində almış olurlar. Bu çox vacib amildir. Çünki, bununla müştərinin gözəmə vaxtı qısalır və müştəri məmnuniyyətinə müsbət təsir göstərir. Bu alqoritmin olması, digər tərəfdən də sürücülərə ədalətli yanaşma və düzgün sifariş bölgüsü deməkdir. 

Sifarişçilər üçün az əhəmiyyət kəsb etməyən digər amil də - çağrılan avtomobilin sinfi və təchizatıdır. DOST-umuzun göndərəcəyi bütün taksilər, “komfort” səviyyəsinin göstəricilərinə cavab verir. Özləri qeyd etdikləri kimi, müştəri heç də, avtomobildə mövcudluğu vacib olan kondisioner, təhlükəsizlik yastıqları və digər komfort göstəriciləri üçün əlavə ödəniş etməməlidir. Elə bu səbəbədən də, bütün sərnişinlərimiz ən yaxşısına layiqdirlər deyən DOST TAXI-nin “komfort” xidmətinə uyğun avtomobilləri, artıq qəbul olunmuş “ekonom” tarifinin qiymətləri ilə xidmət verəcəklər.

Qısa zaman çərçivəsində Mobil Proqram Təminatının da istifadəyə verilməsi planlaşdırılır. DOST TAXI rəhbərliyində, uzun müddət Azərbaycanın ən iri mobil operatorunun Müştəri Xidmətlərində rəhbər vəzifədə işləmiş, təcrübəli mütəxəssislərin dediklərinə əsasən, günümüzdə Taksi sifarişi istiqamətində Mobil Proqram Təminatlarının istifadəyə verilməsindən əvvəl, sistemin manual fəaliyyəti tam nizamlanmalı, Dispetçer mərkəzi və canlı insanla bağlantı imkanları təkmilləşməli və daha sonra proqram təminatı istifadəyə verilməlidir. Çünki, istənilən uyğunsuzluq yarandığı təqdirdə, müştərinin canlı insanla danışmaq və dəstək almaq imkanı olmalıdır. Alternativsiz təkliflərin verilməsi isə, heç bir beynəlxalq standartlara uyğun deyil. Məhz bu səbəbdən, tam hazır olan program təminatı, hələlik istifadəyə verilmir və sistemin qüsursuz fəaliyyəti üzərində işlər davam etdirilir. Tam təkmilləşdirilmiş sistem hazır olduqdan sonra isə, program təminatı da sərnişinlərin istifadəsinə veriləcəkdir.

 

Sürücülər haqqda.

 

DOST TAXI ilk fəaliyyətə başlayanda, yalnız Taksi sürücüləri ilə işləyəcəklərini düşünsələr də, daha sonra aydın oldu ki, sürücülərin əksəriyyəti, şəxsi avtomobili olan və asudə vaxtlarında əlavə gəlir əldə etmək istəyən vətəndaşlardır. Yəqindir ki, məhz bu səbəbdən,  DOST-umuzun xidmətlərindən istifadə edən hər bir müştəri, daha sonra zəng edir və sürücünün yüksək mədəniyyəti və etik davranışlarına görə minnətdarlıqlarını bildirir. Sürücülər heç bir halda avtomobildə siqaret çəkmir, maqnitofonu açmır və siz soruşmasanız, sizinlə danışmağa başlamırlar. Əgər əlinizdə yük görsələr, mütləq avtomobildən düşür və sizə köməklik göstərirlər. Bunu da qeyd edək ki, rəqiblərindən fərqli olaraq, DOST TAXI əlavə yükə görə heçbir ödəniş almır. Hətta müştərinin özü ilə bir neşə ədəd çantası olsa belə... O cümlədən məsələn, sürücü avtomobildən enməsinə görə, sərnişin heç bir əlavə ödəniş etmir. 

DOST TAXI-nin avtomobillərinin təmizliyi isə göz qabağındadır. Sürücü seçimi zamanı, səliqəli, şəhəri yaxşı tanıyan və mədəni avtomobil sahiblərinə üstünlük verilir və sadaladığımız göstəricilərdən birinin olmaması, artıq həmin sürücünü DOST TAXI həmkarı olmaqdan məhrum edir.

Yüksək səviyyəli müştəri xidmətləri, sərfəli taksi və diqqətlə seçilmiş sürücülərdən başqa, bir dəfə DOST TAXI-ni seçməklə, siz özünüzə DOST seçmiş olursunuz. DOST isə, heçvaxt darda qoymaz. DOST TAXI – Dost Yolda Tanınar!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Seyfulla Ismayilov 3 Aprel 2017 15:40
Salam.Men sizin şirkətdə çalışmaq istəyirəm. Yaşım 31.İş təcrübəm var əvvəllər özəl şirkətdə sürücü kimi fəaliyyət göstərmişəm.