Dövlət qurumları bu maşınları satır - 1000 manata

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi hərraca təqdim edib.
Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, komitə 10 sentyabr tarixində növbəti avtomobil hərracı keçirəcək. Hərraca bu dəfə ümumilikdə 20 avtomobil təqdim edilib.
Auksiona avtomobil təqdim edən qurumlar Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət və Dövlət İmtahan Mərkəzidir.
Dövlət İmtahan Mərkəzi auksiona iki, Penitensiar Xidmət altı, Dövlət Gömrük Komitəsi səkkiz, Ədliyyə Nazirliyi üç, Əmlak Məsələləri Dövlət Komitəsi özü isə cəmi bir avtomobil təqdim edib.
Hərraca ən yüksək qiymətə avtomobili Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona çıxardığı "Nissan Maksima" avtomobili üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır.
Hərraca təqdim edilən avtomobillərin əksəriyyətinin qiyməti 1000-1500 manat arasında dəyişir.
Bundan başqa, hərracda 6300 manata 2007-ci ilin, 5400 manata isə 2004-cü ilin "Nissan Maksima" avtomobili də var.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











