Dünya avtomobil şirkətlərindən ŞOK QƏRAR

Avtobazar 7 May 2021 23:00 Oxunub 2162
Dünya avtomobil şirkətlərindən ŞOK QƏRAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq.

Avtosfer.az bildirir ki, bu barədə "Oxford Economics" konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkeçirici qurğuların qıtlığı ilə əlaqədardır.

Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb:

"Mikrosxemlərin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpa etdikdən sonra mikrosxem qıtlığı yaşanmağa başladı. Bu da öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh