Dünyada cəmi 7 ədəd var - Onlardan biri satışa çıxarıldı - FOTO
Avtobazar
2 Avqust 2025 21:10

Olduqca nadir ABŞ superkarı - orta mühərrikli, arxa ötürücülü "Targa Falcon F7" hərraca çıxarılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil "Cars & Bids" platformasında satışa təqdim olunub. Bu modeldən cəmi yeddi ədəd istehsal olunub. Hərraca çıxarılan avtomobil isə onların beşincisidir. Hərracın bitməsinə dörd gün qalmış avtomobil üçün 76 min dollar təklif edilib. Bu isə ilkin qiymətdən dəfələrlə aşağıdır. Miçiqanda yerləşən şirkət "Falcon Motorsports" "F7" modelinin istehsal versiyasını 2012-ci ildə təqdim edib. Alüminium və karbon lifindən hazırlanmış superkar 680 at gücünə malik, 7 litrlik atmosfer V8 mühərriki ilə təchiz olunub. Avtomobilin 0-dan 100 km/saat sürətə çatması üçün cəmi 2,7 saniyə kifayətdir.




Oxunub : 1318
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 15:14
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
28 Sentyabr 2026 14:06
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
27 Sentyabr 2026 20:00
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
2 Sentyabr 2026 17:30
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
ŞƏRH YAZ












