Dünyada ən çox avtomobili hansı ölkə satır? - Çin, yoxsa...?

“Tesla”-nın “Y” modeli 2023-cü ildə dünya rekorduna imza atıb. Ötən il bu modeldən dünyada 1.223 mln ədəd satılıb (illik satış artımı 64%). Bu həcmin 456 mini Tesla-nın Çindəki zavodunda istehsal edilib. İkinci yerdə Toyota RAV4 qərarlaşıb - 1,075 mln ədəd (5% azalma).
Avtosfer.az xəbər verir ki, qlobal avtomobil bazarlarının təhlili üzrə ixtisaslaşan “JATO Dynamics”in məlumstına görə, 2023-cü ildə Yaponiya avtobrendlərinin satış həcmi 23,59 mln ədəd təşkil edib.
İkinci yerdə Çin avtomobil istehsalçılarının satışı gəlir - 13,43 mln (artım 23%). Çin ötən ilin yekunlarına görə, ABŞ-nı geridə qoyub.
2023-cü ildə Çin xarici bazarlarda 5,26 mln ədəd avtomobil satmağa nail olub və Yaponiyanı təqribən 1 mln ədəd göstərici ilə üstələyərək dünya liderliyinə yüksəlib. Çin ötən il avtomobil ixracından $102 mlrd vəsait əldə edib.
2023-cü ilin nəticələrinə görə, xarici bazarlarda ən çox satılan Çin avtomodeli BYD Qin olub: 473 min ədəd (ixraca gedən dünya avtomobilləri içərisində 12-ci yerdə qərarlaşıb).
Dünyada ABŞ avtomobillərinin satış həcmi isə ötən il 11,93 mln ədəd olub (artım 9%).
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











