Əfsanəvi "Mercedes" fantastik qiymətə satışa çıxarılır - FOTO

Məşhur "Mercedes-Benz 190" istehsala qayıdacaq. Yeni modelin ilk nüsxəsi Almaniyada "RM Sotheby"s" hərracında satılacaq və onun başlanğıc qiyməti 700 min avro (təxminən 1,3 milyon manat) təşkil edəcək.
Bu barədə hərrac evinin saytında məlumat verilib.
"Mercedes 190"ın belə yüksək qiyməti onun standart modeli deyil, istehsalçının "Evolution II" versiyasını canlandırmaq qərarına gəlməsi ilə bağlıdır. Bundan əlavə, bu avtomobillərdən cəmi 100 ədəd buraxılacaq.

Layihə "HWA" şirkəti tərəfindən həyata keçirilir. "Mercedes 190E Evolution II"nin dizaynı ən xırda detallara qədər yenidən hazırlanıb. Bununla belə, avtomobilin optikası və təkərləri də müasirdir. Avtomobilin çəkisi 1350 kq olacaq.
Bundan əlavə, müasir "Mercedes 190E Evo II" üçün tamamilə yeni 3,0 litrlik V6 kompressorlu mühərrik hazırlanır. O, iki versiyada - 443 və 490 at qüvvəsində təklif olunacaq. Pik fırlanma anı 550 Nm olacaq.

"Mercedes-Benz 190"da, həmçinin 6 pilləli mexaniki transmissiya, tamamilə yeni asqı sistemi və qabaqda 380 mm, arxada isə 360 mm diametrli daha böyük əyləclər olacaq.
Mənbə: Oxu.az
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











