Əhaliyə ŞAD XƏBƏR: Novruz tətilinə qədər...

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a Azərbaycanın avtomobil bazarındakı vəziyyəti şərh edib.
Ekspert bildirib ki, hazırda ölkənin avtomobil bazarında vəziyyət sabitdir: "Yanvarın ilk həftəsində ölkəyə idxal olunan komfortlu avtomobillərin qiymətində təxminən 5 faiz artım olub. Ondan sonra bazarda qiymət dəyişikliyi qeydə alınmayıb. Yanvar ayının statistikasına görə, ikinci əl avtomobil bazarında mühərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan maşınların qiymətində təxminən 5 faiz azalma müşahidə etmişdik. Bunu ötən il ərzində "Aİ-95" markalı benzinin qiymətinin yüksəlməsi və sığorta qiymətlərinin dəyişməsi ilə əlaqələndirə bilərik. Fevral ayında isə yanvara nisbətən bazar daha fəal olub. Qiymətlərdə kəskin artım və eniş yoxdur. Ən azından Novruz tətilinə qədər qiymətlər sabit qalacaq.
Yeni avtomobillərə gəldikdə, daha çox mini krossover və krossoverlərə maraq var. Həmçinin hibridlərə maraq var. Elektromobillərin idxalı zamanı rüsumlardan azad olunmadan sonra bu tip avtomobillərə də maraq artıb.
Bu gün ölkəyə idxal olunan yeni avtomobillər arasında hibridlərin sayı getdikcə artır. Həmçinin Avropa İttifaqı istehsalı olan yeni marka və modellərin də gəlməsi davam edir. Ötən ilin sonunda Aİ ölkələrində istehsal olunan avtomobillərin artıq Bakı şəhərində rəsmi dileri açılıb. Rusiya istehsallı avtomobillərin idxalı demək olar ki, sıfıra enib. Bunun əvəzində Çin istehsalı olan avtomobillərin idxalı artıb".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










